ABŞ-da kommersiya neft ehtiyatları 467 mln. bareli ötüb

ABŞ-da kommersiya neft ehtiyatları 467 mln. bareli ötüb
# 15 iyun 2023 11:20 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 7 919 min barel artaraq, 467 124 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 482 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR