ABŞ-ın kommersiya neft ehtiyatları azalıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları azalıb - PROQNOZ
# 22 dekabr 2021 09:57 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3 670 min barel azalaraq təxminən 424 615 mln. barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 633 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR