Daha bir sığorta şirkətinin rəhbərliyində ciddi dəyişiklik olub

Daha bir sığorta şirkətinin rəhbərliyində ciddi dəyişiklik olub
# 02 mart 2016 10:04 (UTC +04:00)

Bakı - APA-Economics. "Alfa Sığorta" şirkətinin Təftiş komissiyası yenilənib.

"APA-Economics" xəbər verir ki, komissiyanın sədri Çingiz Musazadə, habelə üzvləri Fərid Dərziyev və Afilə Məmmədova vəzifəsindən kənarlaşdırılıb.

Hazırda komissiyanın sədri Ramin Seyidovdur. Komissiyanın üzvləri Fərid Rəcəbov və Şərqiyə Allahverdiyevadır.

Bundan başqa, daxili audit xidmətinin rəisi Famin Məmmədov da işdən çıxarılanlar arasındadır.

Qeyd edək ki, ötən gün "Alfa Sığorta" şirkətinin Direktorlar Şurasında və İdarə Heyətində də ciddi dəyişikliklər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR