ACE platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir

ACE platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir
# 19 fevral 2024 16:15 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusunun qazılması işləri bitmək üzrədir.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, ACE platformasından bu il üç hasilat quyusunun qazılması planlaşdırılıb, birincinin qazılması prosesinin bitməsinə az qalıb.

“Birinci az qalıb, birinci quyudan dediyimiz o ilk neft yəqin ki, birinci rüb ərzində olacaq. Biz bunu elan edəcəyik” , - Bəxtiyar Aslanbəyli qeyd edib.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR