AÇG-ə ötən il 2 mlrd. dollardan çox vəsait xərclənib

AÇG-ə ötən il 2 mlrd. dollardan çox vəsait xərclənib
# 12 fevral 2024 13:38 (UTC +04:00)

Ötən il ərzində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 504 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 518 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair 2023-cü ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (96 000), “Qərbi Azəri” (86 000), “Şərqi Azəri” (58 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (33 000) platformalarından birlikdə – gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olub.

“Ötən il dekabrın 12-də AÇG “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasilatının əldə olunmasını qeyd etdi”, - hesabatda deyilir.

Məlumata görə, ilin sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

İl ərzində AÇG-də 8 neft hasilatı, 6 su injektoru və 1 qaz injektoru quyusu tamamlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR