AÇG-dən indiyədək 3,6 mlrd. barel neft hasil edilib

AÇG-dən indiyədək 3,6 mlrd. barel neft hasil edilib
# 02 avqust 2019 09:54 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan indiyədək 3,6 mlrd. barel neft hasil edilib.

APA-Economics”in layihənin operatoru olan BP şirkətinə istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında AÇG üzrə ümumi neft hasilatı 13 mln. ton (98 mln. bareldən artıq) olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% azdır. Hesabat dövründə AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. İlin ilk yarısında AÇG-də 7 neft hasilat quyusu qazılıb.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Chevron (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOÇU (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR