Aleksandr Antonenko: Enerji effektivliyinin artırılması Azərbaycana ildə 2 mlrd. kubmetr qaza qənaət etmək imkanı yaradacaq

Aleksandr Antonenko: Enerji effektivliyinin artırılması Azərbaycana ildə 2 mlrd. kubmetr qaza qənaət etmək imkanı yaradacaq
# 24 oktyabr 2019 16:35 (UTC +04:00)

Enerji effektivliyinin artırılması sahəsində tədbirlərin aparılacağı təqdirdə Azərbaycan ildə 2 mlrd. kubmetr qaza qənaətə edə biləcək.

"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Enerji Xartiyasının enerji effektivliyi üzrə əlaqələndiricisi Aleksandr Antonenko Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, enerji effektivliyinin artırılması ölkəyə ildə 315 mln. ABŞ dolları həcmində vəsaitə qənaət etməyə imkan yarada bilər.

"Energetika sektorunda enerji effektivliyinin artırılması sahəsində aparılan tədbirlər nəticəsində Azərbaycan ildə 1,99 mlrd. kubmetr qaza və 314,9 mln. dollara qənaət edə bilər", - deyə A. Antonenko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR