ARDNF-in “Şahdəniz”dən gəlirləri 6%-dən çox artıb

ARDNF-in “Şahdəniz”dən gəlirləri 6%-dən çox artıb
# 07 avqust 2023 11:59 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 141 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 6,4% çoxdur.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 072 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.08.2023 tarixinə) 259,6 mln. ABŞ dolları olub, bu da isə 2,7% artım deməkdir. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında ARDNF kondensatın satışından 252,725 mln. ABŞ dolları əldə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR