Avropada təbii qaz gün ərzində 22 faizdən çox bahalaşıb - YENİLƏNİB

Avropada təbii qaz gün ərzində 22 faizdən çox bahalaşıb - YENİLƏNİB
# 09 avqust 2023 16:30 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarını ötüb.


APA-Economics” xəbər verir ki, 9 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 431,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (353,3 dollar) ilə müqayisədə 22,2% çoxdur.

***

10:37

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 350 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 8 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 351,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (346,8 dollar) ilə müqayisədə 1,4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR