“Azəralüminium”un ixracı 21 milyon dollardan çox azalıb

“Azəralüminium”un ixracı 21 milyon dollardan çox azalıb
# 30 dekabr 2023 12:45 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında “Azəralüminium” MMC 117.6 milyon dollar dəyərində məhsul ixrac edib.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 15,4% və ya 21.4 milyon dollar azalıb.

Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində “Azəralüminium” 139 milyon dollar dəyərində məhsul ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR