Nazirlik: İlin əvvəlindən 6400-dək əlil bərpa-müalicə xidmətləri ilə təmin olunub

Nazirlik: İlin əvvəlindən 6400-dək əlil bərpa-müalicə xidmətləri ilə təmin olunub
# 28 oktyabr 2016 09:36 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında qurumun əlillərin bərpa-müalicə müəssisələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-dək çox, yəni 6 min 381 nəfər əlil şəxs bərpa-müalicə xidmətləri ilə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10 676 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,2% çox) əlil şəxsə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 25 248 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1 093 ədəd əlil arabası, 525 ədəd eşitmə aparatı təqdim olunub.

Qeyd olunan dövrdə 128 nəfər (o cümlədən 70 nəfər əlilliyi olan şəxs, valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq) xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.

Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunanların sayı ümumilikdə 17 185 nəfər təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4 876 nəfər və ya 39,6% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR