Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədidə 40 yaşlı kişi özünü asaraq, intihar edib.
APA-nın Qarabağ müxbiri xəbər verir ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Namazov Zeynal Səlimoğlunun asılı meyiti ailəsi tərəfindən tapılıb. Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.