Dərinsulu Günəşli platforması yaxınlığında meyit tapılıb

Dərinsulu Günəşli platforması yaxınlığında meyit tapılıb
# 11 noyabr 2016 07:52 (UTC +04:00)

Dərinsulu Günəşli platforması yaxınlığında sudan insan meyiti çıxarılıb. Bu barədə "APA-Economics"ə Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib.

"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyid çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib", - deyə məlumatda vurğulanıb.

Bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.

Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən "APA-Economics"ə verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır: "BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR