Elektron turist vizası verilən əcnəbilərin sayı 45 000-ə çatıb

Elektron turist vizası verilən əcnəbilərin sayı 45 000-ə çatıb
# 18 fevral 2016 13:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sistemin yaradılmasına məqsəd Azərbaycana səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır.

Şöbədən bildiriblər ki, Xarici işlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi elektron turist viza sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlər görməkdədir. Hazırda müvafiq qanunvericiliyə əsasən elektron turist vizası ən geci 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.

Elektron turist vizasını Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir.

Səfər etmək istəyən şəxslər tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsi ilə elektron turist vizasını əldə edə bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR