Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75 mln. 320 min manat vəsait ödəyib.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 72 mln. 989 min manat və ya 49,21% azdır.
Ümumiyyətlə, 2015-ci ildə büdcəyə 1 mlrd. 480 mln. 195 min manat vəsait ödənilib ki, bu da 2014-cü illə müqayisədə 375 mln. 35 min manat və ya 20,21% azalıb.
Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 688 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 8,34% çox olub.
2015-ci ilin yanvar-dekabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 139 mln. 294 min manat təşkil edib. Bu da 20014-cü ilin 12 ayı ilə müqayisədə 1 mln. 946 min manat və ya 1,37% azdır.