Bakı-APA. Misirin paytaxtı Qahirədə törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 13 nəfər yaralanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Misir DİN-i partlayış törətməkdə “Müsəlman qardaşlar” hərəkatının üzvlərini şübhəli bilir.
Məlumata görə, polis əməkdaşları Gizə rayonundakı mənzillərin birində bir qrup silahlının olması barədə məlumat əldə ediblər. DİN-in məlumatına görə, gizli qrup ictimai yerlərdə partlayışlar törətməyi planlaşdırıblar.