Hasilatın dondurulmayacağı ilə bağlı ehtimalların artması nefti ucuzlaşdırır

Hasilatın dondurulmayacağı ilə bağlı ehtimalların artması nefti ucuzlaşdırır
# 26 oktyabr 2016 07:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar azalaraq 49,31 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 50,21 dollar olub.

Neftin ucuzlaşmasına OPEC-ə daxil olan ölkələrin hasilatın dondurulması barədə razılığa gələ bilməyəcəyi ilə bağlı ehtimalların artması səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR