Bakı. Türbət Bağırova-APA. ABŞ-da afroamerikalı Uolter Skotu öldürdüyü üçün həbs edilən sabiq polis işçisi Maykl Sleqer 500 dollar girov qarşılığında azadlığa buraxılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
Sabiq məhkumla bağlı növbəti məhkəmə iclasının bu ilin oktyabrında başlayacağı bildirilir.
Qeyd edək ki, ötən ilin aprelində Nort Çarlston hüquq-mühafizə orqanının əməkdaşı M. Sleger avtomobilinin arxa işıqlarında nöqsan olması səbəbindən 50 yaşlı U. Skotu saxlayıb.
U. Skot qaçmağa cəhd edərkən M. Sleger tərəfindən vurulub.
Günahının sübuta yetiriləcəyi təqdirdə sabiq polisi 30 ilədək həbs cəzası gözləyir.