Azərbaycan 2024-2025-ci illərdə maye karbohidrogenlərin hasilatını artıracaq - PROQNOZ

Azərbaycan 2024-2025-ci illərdə maye karbohidrogenlərin hasilatını artıracaq - PROQNOZ
# 02 fevral 2024 15:56 (UTC +04:00)

“Fitch Solutions” şirkəti Azərbaycanın neft-qaz sənayesi üçün 2024-cü ildə müsbət proqnozlar verir və maye karbohidrogenlərin (neft və qaz kondensatı – red.) istehsalının 2021-ci ildən bəri ilk dəfə olaraq artacağını gözləyir.

APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.

Proqnoza əsasən, Azərbaycanda maye karbohidrogen hasilatı 2023-cü ildəki 4% azalmadan sonra 2024-cü ildə 3,4%, 2025-ci ildə isə 4,1% artacaq.

Qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda ortalama gündəlik maye karbohidrogen hasilatı 694,7 min. barel, 2025-ci ildə isə 723,1 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Vurğulanır ki, daha yüksək məhsul istehsalı adətən daha yüksək ixrac həcmləri ilə korrelyasiya olunur.

Bununla belə qeyd olunub ki, Azərbaycanın neft hasilatı gələcək illər ərzində azalma tendensiyası yaşamağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR