Azərbaycan bu il 19 ölkəyə 15 mln. tondan çox neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 19 ölkəyə 15 mln. tondan çox neft ixrac edib - REYTİNQ
# 15 avqust 2023 12:33 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 774 540 min ABŞ dolları dəyərində 6 045 069,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 822 483,44 min dollar dəyərində 1 354 226,01 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 666 499,46 min dollar dəyərində 1 122 457,35 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 444 800,48 min dollarlıq 15 540 323,64 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

#

Ölkələr

Məbləğ, min $

Miqdar, ton

-

Cəmi

9 444 800.48

15 540 323.64

1

İtaliya

3 774 540

6 045 069.15

2

İsrail

822 483.44

1 354 226.01

3

Hindistan

666 499.46

1 122 457.35

4

İspaniya

644 665.26

1 024 351.02

5

Türkiyə

592 582.64

1 044 386.97

6

Çexiya

524 628.61

906 430.23

7

Almaniya

406 757.88

662 321.55

8

İrlandiya

366 641.18

630 056.2

9

Xorvatiya

306 509.08

538 321.21

10

Yunanıstan

292 693.52

474 980.08

11

Rumıniya

233 767.72

385 951.65

12

Vyetnam

165 107.75

276 935.99

13

Avstriya

152 155.74

266 568.71

14

Fransa

118 639.77

199 006.72

15

Böyük Britaniya

111 679.38

195 128.34

16

İndoneziya

88 665.69

134 153.29

17

Sinqapur

87 786.4

138 338.45

18

Portuqaliya

62 898.43

92 952.72

19

Tailand

26 098.53

48 688.02

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR