Azərbaycan bu il qara metal ixracını 26% azaldıb

Azərbaycan bu il qara metal ixracını 26% azaldıb
# 19 dekabr 2023 09:59 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 96 667,59 min ABŞ dolları dəyərində 100 738,25 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 25,8%, həcmi isə 28,9% azalıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 3,19% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 136 539,76 min ABŞ dolları dəyərində 147 394,57 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 17,5% artıb, həcmi isə 0,21% azalıb. Ötün il qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,48% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR