Azərbaycan neft məhsullarının ixracını kəskin artırıb

Azərbaycan neft məhsullarının ixracını kəskin artırıb
# 16 iyun 2023 12:18 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 284 470,39 min ABŞ dolları dəyərində 479 451,03 neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə demək olar ki, 2 dəfə, həcmi isə 95,5% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR