Azərbaycan nefti bu həftə 5%-dək bahalaşıb

Azərbaycan nefti bu həftə 5%-dək bahalaşıb
# 22 yanvar 2022 13:01 (UTC +04:00)

Bu həftə ərzində (17-21 yanvar) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 91,438 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,99 dollar və ya 4,56% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (IV gün) – 92,89 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 89,84 dollar səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib. Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) – 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR