Azərbaycan ötən il 25 mln. tondan çox neft ixrac edib

Azərbaycan ötən il 25 mln. tondan çox neft ixrac edib
# 11 yanvar 2024 13:43 (UTC +04:00)

Ötən il Azərbaycanda hasil edilmiş 30,2 mln. ton neftin (kondensatla birlikdə) 25,2 mln. tonu ixrac olunub.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, hesabat dövründə ölkədə 3,2% artımla hasil edilmiş 48,3 mlrd. kubmetr qazın 23,8 mlrd. kubmetri ixrac olunub.

“2023-cü ildə operativ məlumatlara əsasən, hasil edilmiş 30,2 mln. ton neftin (kondensatla birlikdə) 25,2 mln. tonu ixraca nəql edilib. Bu dövrdə 3,2% artımla hasil edilmiş 48,3 mlrd. kubmetr qazın 23,8 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR