Azərbaycanda benzinin istehsalı 30%-dək artıb - CƏDVƏL

Azərbaycanda benzinin istehsalı 30%-dək artıb - CƏDVƏL
# 14 avqust 2023 17:13 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-iyul aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

838,5

129,8

4,6

Ağ neft, min ton

334,2

108,1

39,7

Qazoyllar (dizel yanacağı), min ton

1 351,3

125,5

87,4

Mazut, min ton

4

6

1,8

Sürtkü yağları, min ton

35,4

163,1

5,8

Maye qazlar, min ton

141

115,5

2

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

620,1

79,3

25,1

ondan:

neft bitumu, min ton

137,7

60,3

11,1

neft koksu, min ton

142,2

146,3

13,6

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR