Azərbaycanda bu il istehlak olunan qazın 60%-i istehsal ehtiyaclarına sərf edilib

Azərbaycanda bu il istehlak olunan qazın 60%-i istehsal ehtiyaclarına sərf edilib
# 07 avqust 2023 15:27 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz üzrə ehtiyatların 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olub, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz istehsalının həcmi 18 177,8 mln. kub metr təşkil edib.

“Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-iyun aylarında 11 800 mln. kub metr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox təbii qaz ixrac edilib.

Hesabat dövründə əhali tərəfindən 2527,7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox təbii qaz istehlak edilib. Bunun 38,6 faizi Bakı şəhərinin, 2,8 faizi Naxçıvan Muxtar Respublikasının, 11,3 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,0 faizi Quba-Xaçmaz, 4,9 faizi Şəki-Zaqatala, 4,5 faizi Qarabağ, 3,6 faizi Mil-Muğan, 3,4 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR