Azərbaycanda istismarı icazə əsasında həyata keçirilən elektrik qurğularına dair tələb dəyişir

Azərbaycanda istismarı icazə əsasında həyata keçirilən elektrik qurğularına dair tələb dəyişir
# 26 dekabr 2023 10:00 (UTC +04:00)

Azərbaycanda istismarı icazə əsasında həyata keçirilən elektrik qurğularına dair tələb dəyişir.

APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 1 yanvar 2024-cü ildən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

Qüvvədə olan qanuna əsasən, 150 kVt-dan yuxarı elektrik qurğularının istismarı bu qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.

Qanun layihəsi tələb olunan gücü 150 - 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Bununla da tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR