Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin artıb

Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin artıb
# 30 avqust 2023 14:38 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərlərində 38 mln. kubmetr itki olub, bu da illik müqayisədə 53,2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 24,8 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 795,5 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% artım müşahidə olunub.

Hesabat dövründə qaz nəqlinin 52,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 10 915,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 6,6%-lik artım). Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR