Azərbaycanda neft kəmərlərində itkilər 30%-dən çox artıb

Azərbaycanda neft kəmərlərində itkilər 30%-dən çox artıb
# 30 avqust 2023 12:29 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 1,7 min ton itki olub, bu da illik müqayisədə 30,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,3 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur. Hesabat dövründə nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,48% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 2,9 min ton itki olub, bu da illik müqayisədə 12,1% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR