Azərbaycanın AÇG və “Şahdəniz” üzrə ümumi gəliri 9 mlrd. dollar olub

Azərbaycanın AÇG və “Şahdəniz” üzrə ümumi gəliri 9 mlrd. dollar olub
# 26 oktyabr 2022 17:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

APA-Economics” Fondun yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında AÇG yatağından 7 mlrd. 528 mln. ABŞ dolları məbləğində gəlir əldə edilib.

"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-sentyabr aylarında əldə olunan gəlir 1 mlrd. 209 mln. ABŞ dolları təşkil edib.

Kondensatın satışından qeyd olunan dövrdə əldə olunan gəlir 328,567 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR