Azərbaycanın alüminium ixracından gəlirləri 38% artıb

Azərbaycanın alüminium ixracından gəlirləri 38% artıb
# 20 oktyabr 2022 12:52 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 158 529,97 min ABŞ dolları dəyərində 44 003,55 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 38% artıb, həcmi isə 1,6% azalıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,49% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 188 529,24 min ABŞ dolları dəyərində 67 354,77 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə, Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 66,2%, həcmi isə 12,6% artıb. 2021-ci ildə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,95% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR