Azərbaycanın karbamid ixracından gəlirləri 6 dəfəyədək artıb

Azərbaycanın karbamid ixracından gəlirləri 6 dəfəyədək artıb
# 30 oktyabr 2021 12:11 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 49,9 mln. ABŞ dolları dəyərində karbamid ixrac edib, bu da illik 5,7 dəfə çoxdur.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında karbamid ixracının ümumi dəyəri 8,7 mln. dollar təşkil edib.

Məlumata görə, sentyabr ayında isə Azərbaycan 18,5 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 14,2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR