Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 72,8 mln. manat və ya 1,16% artaraq 2016-cı ilin oktyabr ayının 1-nə 6 358 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin avqust ayı ilə müqayisədə sentyabrda bankların xarici borclanması 101,6 mln. manat və ya 1,57% azalıb.
Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin sentyabrında bankların məcmu xarici öhdəliklərin həcmi 1 846,5 mln. manat və ya 22,51% azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin oktyabrın 1-nə 3 870,9 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 724,2 mln. manat və ya 15,76% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin avqust ayı ilə müqayisədə sentyabrda 328,5 mln. manat və ya 7,8%-lik azalma baş verib.