Azərbaycan neft hasilatını bir ildə 15%-ə qədər azaldıb

Azərbaycan neft hasilatını bir ildə 15%-ə qədər azaldıb
# 17 aprel 2017 12:50 (UTC +04:00)

Bu ilin mart ayında SOCAR tərəfindən 624,8 min ton neft hasil edilib.

 

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu, ötən ilin mart ayı ilə müqayisədə 3,31% az, bu ilin fevral ayı ilə müqayisədə isə 8,43% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə SOCAR tərəfindən 1 mln. 846,1 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 2,74% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında isə 576,2 min ton neft hasil edilib.

 

Bu ilin mart ayında ölkə üzrə 3 mln. 113 min ton neft hasil edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 14,70% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 4,61% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə ölkə üzrə 9 mln. 456,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 10% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton, fevral ayında isə 2 mln. 975,7 min ton neft hasil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR