“Azpetrol” Çin istehsalı olan elektromobillər üçün ötürücülərin tətbiqinə başlayıb

“Azpetrol” Çin istehsalı olan elektromobillər üçün ötürücülərin tətbiqinə başlayıb
# 18 avqust 2023 13:08 (UTC +04:00)

“Azpetrol” şirkəti daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, yeni, Çin istehsalı olan elektrik mühərrikli avtomobillər üçün nəzərdə tutulan “CHAdeMO to GB/T adapter 125A” ötürücülərinin tətbiqinə başlayıb.

APA-Economics” xəbər verir ki, bununla da, “Azpetrol” elektromobillərin doldurulması məntəqələrində, müxtəlif standartlara malik olan elektik mühərrikli avtomobilləri 30-40 dəqiqə ərzində şarjetmə imkanı yaradan, 50 kVt gücündə “DC Charging” avadanlıqları quraşdırılmışdır.

Məlumata görə, “Azpetrol” şirkətinin hazırda 20 elektromobillərin doldurulması məntəqəsi mövcuddur: Qaradağ rayonu, Salyan şossesi 66-cı km; Qaradağ rayonu, Qaradağ qəsəbəsi, Puta mayakın Şimal Qərb hissəsi; Qaradağ rayonu, Salyan şossesi 15-ci km; Xətai rayonu, 8 Noyabr prospekti 1240-cı məhəllə; Nizami rayonu, Babək prospekti ev 2276-77; Nəsimi rayonu, Moskva prospekti, ev 1013-cü məhəllə; Yasamal rayonu, Həsənbəy Zərdabi 593; Nərimanov rayonu, Vaqif küçəsi 881-884-cü məhəllə; Ziya Bunyadov prospekti 3023-cü məhəllə; Nizami rayonu, Heydər Əliyev prospekti 105; Nizami rayonu, M.Əliyev küçəsi 2405-ci məhəllə; Nizami rayonu, Heydər Əliyev prospekti 170; Xəzər rayonu, Qala STQ; Qala qəsəbəsi, Aeroport-Mərdəkan dairəsi, avtomobil yolunun sağ tərəfi. Şamaxı YDM (Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi), Kürdəmir - ASAN YDM (Kürdəmir rayonu, Şıxımlı kəndi), Səlyan YDM (Salyan rayonu, Çuxanlı Ə/VO Çuxanlı kəndi, Ələt-Astara-İran İslam Respublikası avtomobil yolu 47-ci km), Gəncə-Mərkəz YDM (Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsi), Qəbələ YDM (Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi), Mingəçevir-2 YDM (Yevlax rayonu, Havalı kəndi) ərazilərində quraşdırılıb. Daha bir məntəqə isə Sumqayıt YDM (Sumqayıt şəhəri, Bakı-Quba yolu 30-cu kilometir) ərazisində fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR