Bakıda bu il sənaye istehsalı 50 mlrd. manatı ötüb

Bakıda bu il sənaye istehsalı 50 mlrd. manatı ötüb
# 25 dekabr 2023 10:23 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 51,3 milyard manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 79,3%-i mədənçıxarma, 17,9%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 86,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,3% təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2023-cü il vəziyyətinə 459,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub”, - məlumatda qeyd olunur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR