Rusiyada MSK sədri dəyişdirilir

Rusiyada MSK sədri dəyişdirilir
# 03 mart 2016 10:31 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sərəncama əsasən, Vasili Lixaçov, Ella Panfilova, Aleksandr Kinev, Boris Ebzeyev və Yevgeni Şevçenko Rusiya Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediliblər.

Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun adı isə siyahıya salınmayıb.

MSK-nın hazırkı tərkibinin səlahiyyətləri martın sonunda başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR