Baş nazir: Ölkə üzrə qazlaşma hazırda 96,3 faiz təşkil edir

Baş nazir: Ölkə üzrə qazlaşma hazırda 96,3 faiz təşkil edir
# 14 oktyabr 2023 11:21 (UTC +04:00)

Ümumilikdə, son 20 ildə respublika üzrə ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilib. Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verib ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilsin”, - o, əlavə edib.

Əli Əsədov 2003-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 40 faiz təşkil edirdisə, hazırda bu göstərici 96,3 faiz təşkil etdiyini qeyd edib.

“Rayon və şəhərlərimizdə su təchizatı sistemləri yenidən qurulmuş, şəhərlərimizə yeni mənbələrdən suyun verilməsi təmin edilib.
Prezident İlham Əliyevin səyləri nəticəsində 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhərinin su təchizatı ilə bağlı probleminin həllinə mühüm töhfə verib”.

Baş nazir son iki dekadada əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən tədbirlər nəticəsində ümumi sututumu 500 milyon kubmetrə yaxın olan 8 iri su anbarı (o cümlədən Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş və ya təmir-bərpa edildiyini vurğulayıb:

“Ümumilikdə, son 20 ildə regionlarda 380-dən çox su anbarı tikilmiş və yenidən qurulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR