Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin oktyabr ayının 1-nə 1 mlrd. 597,3 mln. manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu illik müqayisədə 243,5 mln. manat və ya 17,99% çoxdur.
Bu ilin avqust ayı ilə müqayisədə sentyabrda problemli kreditlərin həcmi 4,4 mln. manat və ya 0,28% artıb.
Hesabat dövründə milli valyutada 8 848,1 mln. manatlıq kredit verilib ki, bunun da 763,3 mln. manatının və ya 8,63%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 7 937 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 834 mln. manat və ya 10,51% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 47,79%, xarici valyutada isə bu göstərici 52,21% təşkil edir.
Onu da qeyd edək ki, sentyabrda vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 9,51 təşkil edir. Xatırladaq ki, avqustda bu göstərici 9,46% olub.