İndiyədək 124 min manatlıq elektron sığorta müqaviləsi bağlanılıb

İndiyədək 124 min manatlıq elektron sığorta müqaviləsi bağlanılıb
# 02 noyabr 2016 08:53 (UTC +04:00)

Bu ilin noyabrın 1-nə İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb.

İSB-dən "APA-Economics"ə verilən məlumata görə, bunların 323-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan tarixdə standart və sərhəd sığorta müqavilələri üzrə ödənişlər elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsi ilə həyata keçirilib və sığorta haqlarının məbləği 124 min 65,75 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR