Çin ötən il rekord həcmdə kömür hasil edib

Çin ötən il rekord həcmdə kömür hasil edib
# 17 yanvar 2022 17:46 (UTC +04:00)

2021-ci ildə Çində kömür hasilatı illik ifadədə 4,7% artaraq rekord həddə – 4,071 mlrd. tona çatıb.

"APA-Economics"in Çinin Dövlət Statistika İdarəsinin açıqlamasında deyilir.

Dekabrda hasilat 7,2% artaraq 384,67 mln. tona çatıb ki, bu da maksimal aylıq göstəricidir.

Bu arada, Çində kokslaşan kömür hasilatı ötən il 2,2% azalaraq 464,5 mln. ton təşkil edib, o cümlədən, ilin son ayında 10,7% azalaraq 36 mln. tona düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR