Litva Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların Memorialına əklil qoyulması mərasimində iştirak edib.
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Fəxri qarovulun müşayiəti ilə keçirilən mərasimdə nazir Elmar Məmmədyarov Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsini yad edib.