Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
# 30 avqust 2016 14:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.

Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, artıq layihə üzrə tender elan olunub və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanacaq.

Qeyd edək ki, yenidənqurma işləri Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR