Deputat sənaye parklarının daha 3 il müddətə vergidən azad edilməsinə qarşı çıxıb

Deputat sənaye parklarının daha 3 il müddətə vergidən azad edilməsinə qarşı çıxıb
# 12 noyabr 2019 13:51 (UTC +04:00)

"Son vaxtlar Azərbaycanda bir neçə sənaye parkı istifadəyə verilib. Həmin sənaye parkları 7 il müddətinə vergidən azad edilib. Amma İqtisadiyyat Nazirliyi sənaye parklarının daha 3 il müddətinə vergidən azad edilməsini istəyir. Fikrimcə, 7 il kifayətdir ki, həmin sənaye parkları işləsin və dövlət büdcəsinə vergi ödəsin”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat Azərbaycanda gəlir deklarasiyası haqqında qanundan irəli gələn normativ sənədlərin hazırlanmasını təklif edib: “Biz 10 ildən çoxdur, qanun qəbul etmişik, həmin qanuna əsasən normativ sənəd hazırlanmalıdır. Mən Baş Nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR