Bişkekdə KTMT ölkələri dövlət başçılarının görüşü keçiriləcək

Bişkekdə KTMT ölkələri dövlət başçılarının görüşü keçiriləcək
# 11 aprel 2017 12:48 (UTC +04:00)

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri dövlət başçılarının görüşü keçiriləcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, qeyri-rəsmi görüş aprelin 14-də keçiriləcək. Həmin gün Avrasiya İqtisadi Birliyinin dövlət başçıları səviyyəsində Avrasiya Ali İqtisadi Şurasının iclasının keçirilməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan daxildir. KTMT-də isə sadalanan ölkələrlə yanaşı, Tacikistan da təmsil olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR