Dünya Bankı gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb

Dünya Bankı gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
# 31 oktyabr 2023 09:53 (UTC +04:00)

Dünya Bankı (DB) 2023-2024-cü illər üçün “Brent” markalı neftin qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə "Brent" neftinin 1 barelinin qiyməti 84 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

DB-nin proqnozuna əsasən, 2024-cü ildə “Brent”in qiyməti 81 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 5% azdır.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə “Brent” neftinin qiymətinin azalması davam edəcək və 80 dollar təşkil edəcək.

Belə ki, Bankın proqnozuna əsasən, 2023-cü ildə “Brent”in qiyməti illik müqayisədə 15,9%, 2024-cü ildə - 3,6%, 2025-ci ildə isə 1,2% azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR