Dünyada elektromobillərin sayı 2045-ci ilədək 500 milyona çatacaq

Dünyada elektromobillərin sayı 2045-ci ilədək 500 milyona çatacaq
# 29 sentyabr 2021 10:15 (UTC +04:00)

Dünyada elektrikli avtomobillərin sayı 2045-ci il üçün 500 milyona çatacaq.

Bu barədə "APA-Economics" OPEC-in "World Oil Outlook" (WOO) illik hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2045-ci ilədək qlobal avtomobil parkı təxminən iki dəfə artaraq 2,6 milyona çatacaq, burada elektromobillərin payı 20% təşkil edəcək.

Qeyd olunur ki, neftə olan tələbatın uzunmüddətli artımı elektrikli avtomobillərin istehlakçıların həyatına daha dərin daxil olması ilə məhdudlaşacaq. Buna görə də, nəqliyyat sektorunda neftə olan gündəlik tələbat 2045-ci ilədək olan müddət ərzində 46-46,5 mln. barel civarında stabil olaraq qərarlaşacaq.

Eyni zamanda, daxili yanma mühərrikli avtomobillər bazarda daha böyük paya (76%) sahib olmağa davam edəcək, bu da əsasən inkişaf etməkdə olan ölkələrdəki tələbat sayəsində təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR