EIA: Azərbaycan gündəlik neft hasilatını artırıb

EIA: Azərbaycan gündəlik neft hasilatını artırıb
# 12 oktyabr 2023 09:37 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 530 min barel səviyyəsində olub.

Bu barədə “APA-Economics” ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 500 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 154 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin avqust ayında Azərbaycanda gündəlik xam neft hasilatı 498 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 186 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşma çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR