Tayvanda yenidən zəlzələ baş verib

Tayvanda yenidən zəlzələ baş verib
# 18 fevral 2016 04:13 (UTC +04:00)

Bakı-APA. Tayvanda 5,0 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09:09-da qeydə alınan yeraltı təkanların episentri adanın cənub-şərqində, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, fevralın 5-də Tayvanın cənubunda baş vermiş zəlzələ nəticəsində 116 nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR