Şamaxıda mənzildə yanğın olub, bir nəfər xilas edilib

Şamaxıda mənzildə yanğın olub, bir nəfər xilas edilib
# 10 aprel 2017 17:44 (UTC +04:00)

Şamaxı şəhərində mənzildə yanğın olub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 79 m² olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 m² sahədə yanıb.

 

Yanğın zamanı bir nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR